“Avropa İttifaqındakı diplomatik personlı geri çağırmalıyıq”- MEDVEDEV

“Rusların Aİ ölkələrinin ərazisinə şəxsi əşyalarının idxalına qadağa qoyulması səbəbindən Rusiya Avropa İttifaqı ilə diplomatik münasibətləri dayandırmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Avropa İttifaqı ilə diplomatik münasibətləri müvəqqəti dayandırmaq, diplomatik personlı isə ölkəmizə gətirmək daha yaxşı olardı”, – Medvedev bildirib.

Bununla belə, Medvedev Aİ vətəndaşlarına qarşı cavab məhdudiyyətlərinə qarşı çıxıb. “Biz qohumları SS-də xidmət edən bir çox liderlərdən fərqli olaraq irqçi deyilik. Bizə gələnlər isə adətən Rusiyanı sevir və qiymətləndirirlər”, – Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.

Avropa Komissiyası Aİ-nin Rusiyaya qarşı sanksiyalarının tətbiqi ilə bağlı açıqlama verib. Belə məlum olur ki, Rusiyada qeydiyyatdan keçmiş minik avtomobilləri ilə Aİ ölkələrinə giriş qadağan olunmuş idxal kimi qəbul edilə bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.