Kim Çen In Şoyqu ilə birlikdə Rusiya hərbi gəmisində…- FOTO

Şimali Koreya lideri Kim Çen In Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Vladivostokda Sakit Okean Donanmasının “Marşal Şapoşnikov” freqatına baş çəkib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı Nikolay Evmenov qonaqlara gəminin xüsusiyyətləri və göyərtədəki silahlar haqqında məlumat verərək ekskursiya edib.

“Qonaqları gəmi komandiri Sergey Merkulov qarşılayıb. Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Evmenov gəminin xüsusiyyətləri və yuxarı göyərtədə və üst tikililərdə yerləşən sualtı qayıq əleyhinə silahlar – dörd borulu torpedo boruları və RBU-6000 reaktiv yaylım atəş sistemləri haqqında danışıb”, – məlumatda deyilir.

“Marşal Şapoşnikov” Uran gəmi əleyhinə raket sistemləri və Kalibr universal qanadlı raketləri ilə təchiz edilib. O, həmçinin 100 mm kalibrli avtomatik artilleriya qurğusuna malikdir. Bu cür silahlar freqatlara sualtı və yerüstü hədəflərə qarşı döyüşməyə, eləcə də sahil hədəflərinə zərbə endirməyə imkan verir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.