ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinə yeni sədr təyin edilib- General Milleyi kim əvəz edəcək?

General Çarlz Braun ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin yeni sədri   olub.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Braunun bu vəzifəyə namizədliyi prezident Co Bayden tərəfindən irəli sürülüb və ABŞ Senatı onu təsdiqləyib.

Braun ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi vəzifəsində çalışıb. 2014-2015-ci illərdə o, Avropada nüvə qarşısının alınmasına cavabdeh olub.

2016-2018-ci illərdə ABŞ Mərkəzi Komandanlığı rəhbərinin müavini vəzifəsində çalışıb. Onun əməliyyat məsuliyyəti sahəsi ilk növbədə Yaxın Şərqi əhatə edib.

Braun daha sonra 2018-2020-ci illərdə Sakit okeanda ABŞ Hərbi Hava Qüvvələrinə komandanlıq edib.61 yaşlı Braun ABŞ ordusunun baş komandanı kimi 2019-cu il oktyabrın 1-dən bu vəzifədə olan general Mark Milleyi əvəz edəcək.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ABŞ Silahlı Qüvvələrinə operativ nəzarəti həyata keçirmir. Lakin bu vəzifəni tutan şəxs ABŞ-ın ən yüksək hərbi komandiri və prezidentin baş hərbi müşaviri hesab olunur.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.