“İranla müharibəni mən başlamamışam. Onlar 1979-cu ildə bizə qarşı müharibəyə başlayıblar”.
Bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Onların liderləri o qədər səriştəsizdirlər ki, kiminlə danışıqlar aparmalı olduğumuzu bilmirik. Amma bunlar sadəcə kiçik detallardır”, – deyə Tramp bildirib.
O, həmçinin İranın nüvə silahı əldə etməsi ehtimalına münasibət bildirib:
“Əgər İranın nüvə silahı olsaydı, mən onlara ‘cənab’ deyə müraciət edərdim. Amma onlara ‘cənab’ demək fikrim yoxdur. Bizə İranın heç vaxt nüvə silahı hazırlamayacağına dair zəmanət lazımdır”.
