Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakı “Karabakh Telecom” mobil operatorunun işini dayandırmalıdır –

User 21 Sentyabr 2023 - 17:24 (Last updated: 21 May 2025 - 20:15)
network cables connected to switch

network cables connected to switch

Qarabağadakı kommunikasiya dərhal Azərbaycan hökumətinin nəzarətinə keçməlidir.
Ermənistan bizim ərazi bütövlüyümüzü tanıyıb.
Prezident ötən günkü çıxışında Ermənistanın son günlərdəki addımlarını gələcək sülh müqaviləsi üçün məqbul dəyərləndirib. Belə olan halda Ermənistanın +374 beynəlxalq kodu ilə bizim ərazimizdə uzun illər qanunsuz fəaliyyət göstərən Karabakh Telecom mobil operatorun bundan sonrakı fəaliyyəti doğru və məntiqli deyil.
Hazırda bölgənin bütün informasiya seli Ermənistanın beynəlxalq kodu altında işləyən Karabakh Telekom vasitəsilə, həm də Ermənistan üzərindəndir. Magistral rabitə xətləri Ermənistana məxsusdur.
Düşünürəm ki, bunlar indiki anda artıq yolverilməzdir.
Hətta, düşünürəm ki, ola bilər ki, bu operatorun sahibləri avadanlıqları və baza standiyalarını söküb Ermənistana aparmaq, Ruslara satmaq da istəyəcəklər.
İndi belə fikirlər sosial media gözə dəyir ki, bölgədə olan qanunsuz silahlar Ermənistana deyil, ruslara təhvil verilir.
Buna yol vermək olmaz.
Hansı ki, fikrimcə əksinə olmalıdır, 20 il qanunsuz biznes quranlar bizə kompensasiya ödəməlidirlər.
Əgər kimlərsə Karabakh Telecom infrastrukturunu, avadanlıqları, baza stansiyalarını, data mərkəzləri söküb rusların köməyi ilə Ermənistana daşısalar bunun məsuliyyəti kimin üzərindədir ?
Uzun illər orada toplanan nəhəng data -nın taleyi necə olacaq, Ermənistana, yoxsa ruslaramı veriləcək?
Ümid edirəm, RİNN, DİN, DTX, Baş prokurorluq bunların fərqindədir.
Bir anlıq, bir xeyli öncə Türkiyə və Rusiyanın Litvada həyata keçirdikləri ByLock-la bağlı “server-data” əməliyyatını xatırladım.
O zaman birgə əməliyyatla, Türkiyədə çevriliş edənlərin istifadə etdikləri ByLock messencerin Litvada yerləşən Data Mərkəzinə desant çıxarmaqla , istifadəçilərin bütün datasını ələ keçirib Türkiyəyə gətirmişdilər.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti 

Post navigation

Previous: “Qarabağda sülhməramlılarının həlak olması ilə bağlı araşdırma aparılır”
Next: Qarabağdan təxliyə edilmiş ermənilər Rusiyada yerləşdirilə bilərmi?

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.