Türkiyə xarici işlər naziri Hakan Fidanın Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Qarabağdakı son hadisələr müzakirə olunub.
Bu barədə diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, təxminən 45 dəqiqə davam edən görüş qapalı keçirilib.
Görüşdə iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb, o cümlədən Qara Dəniz Taxıl Təşəbbüsü və İsveçin NATO-ya üzvlüyünə dair də fikir mübadiləsi aparılıb. (APA)