“Xəstəxanını bu cür yalnız İsrail ordusu vura bilərdi”- HƏMAS

“Qəzzada xəstəxanaya edilən hücuma görə İsrail Müdafiə Qüvvələri məsuliyyət daşıyır”.

Azpost.info xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının nümayəndələri bildiriblər.

Onların fikrincə, xəstəxananı bu cür yalnız SAXAL vura bilərdi.

Hərəkat üzvlərinin sözlərinə görə, xəstəxananı atəşə tutmaq üçün ABŞ istehsalı olan raketlərdən istifadə edilib.

“ABŞ-ın odlu silah gücündən istifadə etməklə həyata keçirilən bu dəhşətli qırğına görə birbaşa məsuliyyəti İsrail daşıyır”, – HƏMAS qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.