Gələn il büdcə kəsiri hansı mənbələrdən maliyyələşəcək?- AÇIQLANDI

Gələn il büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri açıqlanıb.

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, növbəti il üçün nəzərdə tutulmuş büdcə kəsirinin məbləği son illər üzrə ən böyük göstəricidir. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində müəyyən edilib.

Bu, 2018-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 2 milyard 556,5 milyon manat və ya 12,5 dəfə çox, 2019-cu il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən isə 757,2 milyon manat və ya 37,4% çoxdur.

Dövlət büdcəsinin proqnozlaşdırılmış kəsiri növbəti il üçün nəzərdə tutulmuş ÜDM-nə nisbətdə 3%-lik səviyyədən çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2018-ci ildə 1,4% proqnozlaşdırılıb, ilin sonuna 0,3% təşkil edib. Bu göstəricinin 2019-cu ilin sonuna 2,6% olacağı gözlənilir. Növbəti il il üçün bu nisbətin cari ilin gözlənilən göstəricindən 0,7 faiz bəndi çox olmaqla 3,3% təşkil edəcəyi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Antalyada İƏT Nazirlər Şurasının 24-cü iclası başlayıb

Sonrakı məqalə

Deputatdan şəhid yaxını ilə bağlı təsirli paylaşım