“Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.
Sülh müqaviləsində buna aid bəndin olub-olmaması ilə bağlı suala cavab verən Simonyan bildirib ki, orada belə bir bəndə rast gəlməyib.
“Sülh müqaviləsi bütünlüklə beynəlxalq prinsiplərə – ərazi bütövlüyünə, kommunikasiyaların açılmasına və s. əsaslanır”, – spiker fikrini yekunlaşdırıb.