Aktrisa Demi Mur keçmiş əri, demensiya diaqnozu qoyulan aktyor Brüs Uillislə yeni fotosunu paylaşıb.
Azpost.info bildirir ki, Mur ağır xəstə olan keçmiş əri ilə fotosunu sosial şəbəkədə yayımlayıb.
Fotoda Mur və Uillis qızları Tallula ilə görünür. Aktyor mavi köynək, boz rəngli fermuarlı sviter və şalvar geyinib. Onun görünüşü papaq və şərflə tamamlanır.
Demi Mur şəklin altına “Tallulamızın 30 illik yubileyində onu sevgimizə qərq etdik” yazıb.
Brüs Uillisə frontotemporal demensiya diaqnozu 2023-cü ilin fevralında qoyulub. Aktyorun ailəsi bildirib ki, bu xəstəliyin müalicəsi yoxdur. Uillisin səhhətindəki problemlərə görə kino karyerasına son qoyub.
Azpost.info