NATO rəhbərliyi Ukrayna hərbçilərinin təlim və təhsili üçün müasir təlim mərkəzi yaratmağa hazırlaşır.
Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbələr “El Pais”ə bildiriblər.
Yeni layihə Avropa İttifaqının missiyasını və artıq Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçirən bəzi Qərb ölkələrinin proqramlarını tamamlayacaq.
NATO-nun təlim mərkəzində hərbçilərin adi təlimləri ilə yanaşı, Ukrayna hərbi rəhbərləri strategiya və müdafiənin idarə edilməsi üzrə təlim keçəcəklər.
Məqsəd Ukraynaya dəstək vermək və onun qüvvələrini NATO standartlarına uyğunlaşdırmaqdır.
Azpost.info