“FOX News” telekanalının keçmiş aparıcısı, Putindən müsahibə alan amerikalı journalist Taker Karlson rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada ölməsinə münasibət bildirib.
Azpost.info xəbər verir ki, Karlson Navalnının kimliyi ilə heç vaxt maraqlanmadığını deyib.
Jurnalist bildirib ki, o, Rusiya hökumətini Navalnının ölümündə əli olmaqda ittiham edənləri “axmaq” hesab edir. Onun fikrincə, belə insanlar heç nə bilmirlər.
“Onlar axmaqdır. Onlar həqiqətən də heç nə bilmirlər. Bunlar Ukraynanın qalib gələcəyini bizə deyənlərdir”, – Karlson qeyd edib.
Azpost.info