Gözəllik salonundan 17 min manatlıq avadanlıq oğurlayan şəxslər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus Zabrat qəsəbəsində yerləşən gözəllik salonundan 17 min manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıb. Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.

Faktla bağlı 15-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.

Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.