Ermənistan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini alıb.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə bildirib.
Yanvarın 4-də Ermənistan sənəd layihəsinin öz variantını göndərib və həmin ayın sonunda Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri ona yaxın həftələrdə cavab verəcəyini vəd edib.
“Biz işləməyə davam edirik”, – Qriqoryan qeyd edib.
Qriqoryanın sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri növbəti görüşdə sülh müqaviləsini müzakirə edəcəklər.