Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Türkiyə-Azərbaycan Universitetinə qəbul DİM tərəfindən aparılacaq

Orkhan Ali 21 Fevral 2024 - 16:18 (Last updated: 21 May 2025 - 20:15)
1708517290123115988_1200x630

Türkiyə-Azərbaycan Universitetində tədris prosesi iki ölkənin müəllimlərinin birgə iştirakı ilə nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli söyləyib. O bildirib ki, universitetdə ilkin dövr üçün bakalavriat səviyyəsində tədris nəzərdə tutulur.

“Digər təhsil səviyyələrində tədris barədə ictimaiyyətə məlumat veriləcək. Burada müxtəlif universitetlərin birgə tədris modeli qurulacaq.

Bu universitet həm də regionun əsas tədris mərkəzlərindən birinə çevrilməlidir. Məqsədimiz keyfiyyətli universitet modeli ortaya qoymaqla gənclərimizi keyfiyyətli təhsillə təmin etməkdir. Türkiyədə oxumaq istəyən tələbələrimizin böyük hissəsinin bu universitetdə təhsil alacağına ümid edirik.

Azərbaycan vətəndaşlarının universitetə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Hazırlıq proseslərinin müəyyən hissəsinin sentyabradək bitməsi planlaşdırılır”, – deyə nazir müşaviri qeyd edib.

Xatırladaq ki, fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Bu sənədlərdən biri də “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” olub. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

Post navigation

Previous: İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketini alıb
Next: Sabah Bakı metrosu saat 01:00-a qədər işləyəcək

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.