Bakı-Astara sərnişin qatarı daha işləməyəcək, yol yararsızdır –“Azərbaycan Dəmir Yolları” QSC

Qatar
qatar

Cənub istiqamətində dəmiryolu xətti saatda 20 km sürətlə hərəkət etməyə imkan verdiyi üçün, bu, sərnişindaşıma üçün məqbul hesab edilmir. Cənub istiqamətində dəmiryolu xətti texniki olaraq yalnız yükdaşıma üçün yararlıdır.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, cənub istiqamətində dəmiryolu xəttinin sərnişindaşınma üçün açılması gündəmdə deyil. Bu yol yalnız əsaslı yenidənqurma işlərindən sonra sərnişindaşıma üçün bərpa oluna bilər.

ADY sədri ara stansiyaların sökülməsi məsələsinə də aydınlıq gətirib: “Bu, optimallaşdırmadır. Optimallaşdırma həyata keçirilərkən yaxın məsafədə olan stansiyalar birləşdirilir və ya ləğv edilə bilər”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.