“Ermənistanın KTMT ilə bağlı mövqeyini müəyyənləşdiririk”- KREML

Moskva Ermənistan Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dondurulması ilə bağlı bəyanatlarına aydınlıq gətirmək üçün İrəvanla əlaqələri davam etdirir.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ermənistan de-yure KTMT-nin üzvüdür.

“Erməni tərəfdaşlarımızla kifayət qədər sıx saxlayırıq. Təbii ki, biz buna aydınlıq gətirəcəyik”, – Peskov deyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.