Putin iki yeni hərbi dairənin yaradılması haqqında fərman imzaladı

Rusiya prezidenti Vladimir Putin Leninqrad və Moskva hərbi dairələrinin yaradılması, həmçinin işğal olunmuş Ukrayna ərazilərinin Cənub Hərbi Dairəsinin tərkibinə daxil edilməsi haqqında fərman imzalayıb.

Azpost.info xəbər verir ki, fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.

Fərmana əsasən, Zaporojye və Xerson vilayətləri, Sevastopol şəhəri, həmçinin Luqansk və Donetsk “xalq respublikaları” Cənub Hərbi Dairəsinə tabedir.

Peterburq və bölgə ilə yanaşı, Leninqrad Hərbi Dairəsinə şimal-qərb bölgələri də daxil idi: Kareliya, Komi, Pskov və Arxangelsk vilayətləri. Moskva Hərbi Dairəsinə Mərkəzi Rusiyanın bölgələri, o cümlədən Bryansk, Belqorod və Oryol vilayətləri daxildir.

Bundan əvvəl Rusiyanın dörd hərbi dairəsi var idi: Qərb, Mərkəzi, Cənub və Şərq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.