Qərb Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək üçün koalisiya yaradıb

“Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar”.

Bunu Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Ukraynaya dəstək konfransı başa çatdıqdan sonra deyib.
Makron Yelisey sarayının X (keçmiş Twitter) səhifəsində yayımlanan mətbuat konfransı zamanı deyib: “Biz orta və uzun mənzilli raketlər və bombalar tədarük edəcək doqquzuncu koalisiya yaradırıq”.

 

Fransa lideri xatırladıb ki, əvvəllər müəyyən növ sursatların tədarükünə həsr olunmuş səkkiz koalisiya yaradılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.