ABŞ-ın keçmiş prezidenti kiçik Donald Trampın böyük oğlu içərisində şübhəli ağ toz olan məktub alıb.
Azpost.info xəbər verir ki, siyasətçinin oğlu zərfi açıb, bundan sonra toz onun Floridadakı evinə səpələnib.
Hadisə yerinə kimyəvi qoruyucu geyimdə mütəxəssis qrupları gəlib. Mütəxəssislər zərfdə olan naməlum maddədən nümunələr götürüblər. İlkin təhlillər onun mənşəyini açıqlamayıb, lakin maddənin sağlamlığa təhlükə yaratmadığına inanılır.
Oğul Trampın nümayəndələri zərfdəki ağ tozla bağlı mediada yayılan məlumatları təsdiqləyiblər.
Donald Trampın ailəsi ilk dəfə deyil ki, içərisində naməlum toz olan zərflər alır. 2018-ci ildə həyat yoldaşı ailə başçısına ünvanlanmış zərf açıb, içərisində şübhəli maddə olub. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları məktubu göndərən şəxsi tapmağa nail olublar. O, 5 il şərti cəza alıb.
Azpost.info