Navalnıya qarşı işlərin baş müstəntiqinə yüksək vəzifə verildi

Xüsusilə mühüm işlər üzrə müstəntiq, həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnıya qarşı işlərə rəhbərlik edən polkovnik Roman Vidyukovun vəzifəsi yüksəldilib.

Azpost.info xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun keçmiş direktoru İvan Jdanov məlumat verib.

“Vidyukov Navalnıya qarşı işlərin əsas müstəntiqi idi. Əvvəl müstəntiq idi, indi isə Baş İstintaq İdarəsinin rəis müavinidir”, – Jdanov yazıb.

O, Vidyukovun imzası ilə yeni vəzifəsini qeyd edən sənədin fotosunu da əlavə edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.