Ukrayna hərbçiləri xüsusi əməliyyat zonasında naməlum uçan obyekt görüblər

Ukrayna ordusunun hərbçiləri xüsusi hərbi əməliyyat zonasında naməlum uçan obyekt görüblər. UNO disk formasında və tamamilə səssiz olub.

Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb.

Nəşrin məlumatına görə, obyekt Ukrayna qüvvələrinin 406-cı batalyonunun əsgərlərinin istifadə etdiyi “Mavic” dron kamerası tərəfindən çəkilib. Bu cihazları istehsal edən şirkətin nümayəndəsi kameranın dəqiq nəyi çəkdiyini izah edə bilməyib.

Bundan əvvəl Pentaqonun keçmiş əməkdaşı Sean Kirkpatrick etiraf etmişdi ki, ABŞ-da yadplanetlilər və UNO-ların yayılması ilə bağlı fərziyyələr yalnız kiçik bir qrup insanın vergi ödəyicilərindən pul ala bilməsi üçün mövcuddur. Onun sözlərinə görə, federal büdcədən milyonlarla dollar anomal hadisələrin şübhəli tədqiqatlarına xərclənir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.