“Ermənistan KTMT-dən çıxmaq barədə qərar verməyib, amma…”- SİMONYAN

“İrəvan öz xarici siyasət vektorunu dəyişmir və ölkənin KTMT-dən çıxması barədə qərar verilməyib”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Hər hansı vektorun və ya buna bənzər bir şeyin dəyişdirilməsi haqqında söhbət olmayıb”, – Simonyan bildirib.

O qeyd edib ki, İrəvan ölkəni təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə edəcəyini müzakirə edir: “KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma ola bilsin ki, biz bunu istisna etmirik. Bizim cəmiyyət də bundan danışır, deyə bilərik ki, belə bir tələb irəli sürür”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.