“Fransa Kişinyovda daimi müdafiə missiyası açacaq”- MAKRON

Fransa yaxın aylarda Kişinyovda daimi müdafiə missiyası açacaq.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Moldova prezidenti Maya Sandu ilə Parisdə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Kişinyovda daimi müdafiə missiyasının açılması bizə təhsil, təlim və silahlı qüvvələrimizin qarşılıqlı fəaliyyət göstərməsi baxımından əməkdaşlığımızı gücləndirmək üçün daha səmərəli işləməyə imkan verəcək”, – Makron deyib.

Eyni zamanda, Makron Sanduya Moldovanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini ifadə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.