Direktor, ingilis dili müəllimi…- Qarabağ Universitetində yeni vakansiya

Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az ünvanına göndərə bilərlər.

Qeyd edək ki, vəzifələr üzrə göstərilən tələblərə uyğun namizədlərin müraciət etmələri və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur.

Nazirlik bir daha diqqətə çatdırır ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.