“Adidas” şirkəti 1992-ci ildən bəri ilk dəfə ili 14 milyon avro zərərlə başa vurub.
Azpost.info xəbər verir ki, bu, şirkətin 2023-cü il üzrə maliyyə hesabatından məlum olur.
Zərərin səbəbi qlobal iqtisadi vəziyyət yox, şirkətin məşhur reper Kanye Vestlə tərəfdaşlığının pozulmasıdır.
“Adidas” və Vest “Yeezy” adı altında birgə brend yaratmışdı. Reperin antisemit hesab edilən bəyanatlarından sonra bu tərəfdaşlıq pozuldu. Eyni zamanda “Adidas” 1,3 milyard dollar dəyərində “Yeezy” idman ayaqqabılarının bütün seriyasını satışdan çıxardı.
Maliyyəçilərinin hesablamalarına görə, “Adidas” Vestlə tərəfdaşlığın pozulmasına görə təxminən 500 milyon avro potensial gəlirdən də məhrum olub.
Qeyd edək ki, reper bir neçə dəfə yəhudilərin əleyhinə açıqlamalar verib.
Azpost.info