Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ankara və NATO arasında fikir ayrılığı yaradan məsələlər açıqlanıb

Orkhan Ali 15 Mart 2024 - 17:21 (Last updated: 21 May 2025 - 20:15)
65f44b529f3cf65f44b529f3d017105088824a5d034677eb1179dca4584f87636517

Türkiyə XİN rəhbəri Ankara və NATO müttəfiqləri arasında fikir ayrılığı yaradan məsələlərə toxunub.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Bakı Qlobal Forumunda danışıb.

Nazir NATO və Avropa İttifaqının təhlükəsizlik maraqları barədə danışaraq deyib ki, bu gün müzakirə olunan mövzulardan biri də Avropanın təhlükəsizliyi və bununla bağlı tələblərin NATO çərçivəsinə necə uyğunlaşdırılmasıdır: “Ancaq bu da qeyd olunmalıdır ki, NATO-nun fərqli nəzarət mexanizmi var. Biz Türkiyə olaraq vəziyyəti yaxından izləyirik, nazirlər səviyyəsində, hökumət başçılarının sammitində və texniki görüşlərdə öz narahatlıqlarımızı qaldırırıq, müzakirə edirik. Baş katib və onun heyəti, müttəfiqlərlə yaxşı dialoqumuz var”.

Hakan Fidan qeyd edib ki, son iki ildə Türkiyə və NATO arasında iki istiqamətdə tez-tez müzakirələr olub: “Bu, Finlandiya və İsveçin üzvlüyə qəbulu məsələsində gedən müzakirələr idi. Biz NATO-nu gücləndirməkdən danışırıqsa, o zaman bizim də qaldıracağımız məsələlər, bizim də narahatlıqlarımız var. Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyündən danışırıq, biz sərhədin digər tərəfindən təhdid olunuruq, bizim təhlükəsizliyimiz PKK, YPG tərəfindən təhdid olunur. Ancaq digər tərəfdən, bəzi ölkələr bu terror qruplaşmalarına dəstək verir. ABŞ bunu açıq şəkildə edir, bəziləri gizli şəkildə. Ancaq biz də, onlar da NATO ölkələridir, müttəfiqlərdir. Bizim milli təhlükəsizliyimiz təhdid olunur, çünki bu müttəfiqlərimiz terror təşkilatlarına yardım edir.

NATO-nun məqsədi üzv ölkələrin özlərini təhlükəsiz hiss etməsidir.

Digər məsələ müdafiə sənayesində bizə qarşı məhdudiyyətlərin tətbiq olunmasıdır. Terror və müdafiə sənayesinə məhdudiyyətlər bizim NATO qarşısında qaldırdığımız əsas məsələlərdir. Ancaq onu da vurğulamalıyam ki, bizim müttəfiqlərlə sağlam müzakirələrimiz olub”, – Hakan Fidan vurğulayıb.

Post navigation

Previous: Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib
Next: 16 yaşlı qız 59 yaşlı kişidən uşaq dünyaya gətirib-

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
Soyuducuda unudulan tərəvəzlər, vaxtında yeyilməyən çörək və artıq bişirildiyi üçün zibilə atılan yeməklər bir çox ailənin gündəlik...
Read more about Evdə qida israfını azaltmağın 6 yolu
Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur menzil dizayn
  • Sosial

Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur

User 25 Oktyabr 2026 - 12:12
Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil baqciliq
  • Sosial

Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil

User 25 Oktyabr 2026 - 11:52
Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər avtomobil yol
  • Maraqlı

Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər

User 25 Oktyabr 2026 - 11:35
Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin pehriz
  • Maraqlı

Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin

User 25 Oktyabr 2026 - 11:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.