Aİ bu tarixdə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək- Navalnının ölümü ilə bağlı

Avropa İttifaqı həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.

Azpost.info xəbər verir ki, Aİ xarici işlər nazirləri bu barədə martın 18-nə təyin edilən iclasda qərar verəcəklər.

Bunu Aİ-nin yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

“Biz ümid edirik ki, bazar ertəsi günü Aleksey Navalnının ölümündə günahkar və əli olanlara qarşı sanksiyaların tətbiqi ilə bağlı siyasi razılıq əldə olunacaq”, – o qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.