Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yaz mövsümü və allergik xəstəliklər

Orkhan Ali 29 Mart 2024 - 15:18 (Last updated: 21 May 2025 - 20:15)
1711710819801863815_1200x630

Yaz mövsümündə ən çox rast gəlinən sağlamlıq problemləri sırasında allergik xəstəliklər aparıcı yer tutur. Bu hal özünü dəridə səpgilər, gözlərdə qaşınma və sulanma, bəzən isə qrip şəklində büruzə verir.

Allergiyaya meyilli olanlar tozdan başqa bitki tozcuqları və kifdən də narahatlıq hissi yaşayırlar. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında üzə çıxır. Lakin yayda onun daha çox yayılmasının səbəbi rütubətli hava ilə əlaqədardır. Mütəxəssislər hesab edilər ki, bəzən allergiya genetik yolla keçir.

Həkim-endokrinoloq Aynur Əliyeva deyib: “Bitki tozcuqlarının ətrafa saçılması və bəzi göbələklərin sporları vasitəsilə allergik reaksiyalar əmələ gəlir. Allergik xəstəliklər arasında daha çox allergik rinitə rast gəlinir və özünü burun axması, öskürmə, asqırma, burun tıxanıqlığı kimi şikayətlərlə göstərir. Allergik reaksiyalardan qorunmaq üçün ev şəraitində xüsusi dəmləmələrdən istifadə etmək məsləhət görülür. Məsələn, burun və boğazı duzlu su ilə qarqara etməklə xəstəlikdən müəyyən qədər qorunmaq olar”.

Bəzi qidalar yaz aylarında daha çox allergiyaya səbəb ola bilər. Bunlar çiyələk, pomidor və bibər hesab edilir. Qida məhsullarından yaranan allergiya adətən dəri və tənəffüs problemləri, həmçinin mədə-bağırsaq xəstəlikləri ilə özünü göstərir. Müxtəlif çəyirdəkli bitkilər, soya paxlası və digər paxla növləri ilə qidalanmaq da allergiyaya səbəb ola bilər.

Mütəxəssislər həkim məsləhəti olmadan müxtəlif dərmanlarla özünü müalicə etmək istəyənlərin ağır nəticələrlə üzləşdiyini deyirlər. Bu bronxit, bronxial astma və əlilliyə səbəb olan xroniki tənəffüs çatışmazlığına aparıb çıxara bilər. Həkimlər allergiyaya meyilli olanların tərkibində kimyəvi maddələr və konservantlar olmayan təbii qida maddələrindən istifadə etməyi tövsiyə edirlər(azərtac).

Post navigation

Previous: “Ən yaxın qonşuları ilə münasibətlər Rusiya üçün hər şeydən önəmlidir”
Next: 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.