Nərimanovda yanğında xəsarət alan 5 nəfərin vəziyyəti ağır stabildir

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb. Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.