Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müracət edib

Orkhan Ali 01 Aprel 2024 - 11:00 (Last updated: 21 May 2025 - 20:15)
Bpcoly15404449843750_l

Səbirsizlik edib svetoforun son saniyələrini gözləmirlər, yolun ortasında qalıb digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, paytaxtın əksər küçə və prospektlərində bəzi sürücülərin bir neçə saniyə irəli düşmək istəyi, əsasən də mərkəzi küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur: “Sürücülər svetoforun yaşıl işığının bitməsinə 1-2 saniyə qalmış hərəkət edərək kəsişmələrin ortasında, “sarı tor”un üzərində dayanıb sıxlıq yaradırlar. Xüsusilə də axşam saatlarında yollarda yaranan sıxlığı daha da artıran bu cür sürücülərin qaydalara əməl etməməsi diqqətdən kənarda qalmır. Müşahidə kameralarının görüntüləri əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hərəkətin intensivliyini artırmaq və sıxlığın qarşısını almaq üçün yol polisi ilə birgə mütəmadi tədbirlər görülür.

Belə sürücülərə müraciət edərək bildiririk ki, yollarda sıxlığın yaranmaması bir çox hallarda hər birimizdən asılıdır. Müşahidələr göstərir ki, svetoforun son saniyələrini gözləməyib “irəli düşüm prinsipi ilə” kəsişməyə daxil olan sürücülər özləri də vaxt itkisi ilə qarşılaşırlar.

Belə qayda pozan sürücülərin nəzərinə çatdırırıq ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub”.

 

 

Post navigation

Previous: Gülüş Günü 500 il əvvəl Fransada yaranıb
Next: Kollecdə nöqsanlar aşkar edildi

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.