Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Narkomaniyadan əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi var

Orkhan Ali 01 Aprel 2024 - 12:12 (Last updated: 21 May 2025 - 20:15)
sebine ombudsman

Psixi sağlamlıq və insan hüquqları haqqında danışarkən narkomaniya probleminə toxunmamaq mümkün deyil. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, ölkədə narkomaniya ilə bağlı problem aktuallığını qorumaqdadır.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

“Narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniyadan əziyyət çəkən şəxslərin hüquqlarının təmin edilməsi vacib məsələlərdəndir və tərəfimizdən diqqətdə saxlanılır. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi də mövcuddur. Respublika Narkoloji Mərkəzinə tərəfimizdən ötən il həyata keçirilmiş başçəkmə zamanı həmin gün üçün 2.000 pasiyentin Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum olmuşdur. Bu məsələyə diqqəti çəkərək narahatlığımı bildirir, aidiyyəti qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram.

Bu gün ölkəmizdə, xüsusilə paytaxt ərazisində müxtəlif növ asılılıqlarla – narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da, onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə bağlı boşluqlar mövcuddur. Bu isə ciddi problemlərə, orada reabilitasiya keçən insanların həyat və sağlamlığına təhlükə yaradan hallara gətirib çıxarır”, – deyə Ombudsman bildirib.

Post navigation

Previous: Psixi sağlamlıq üzrə Milli Strategiya hazırlanacaq
Next: Sabah hava necə olacaq?

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.