Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qərbi Azərbaycan İcması Avropa İttifaqının sözçüsünə etiraz edib

User 07 Aprel 2024 - 12:25 (Last updated: 21 May 2025 - 20:15)
qerbi azerb icmasi

Avropa İttifaqının (Aİ) sözçüsü Peter Stano “Azadlıq” radiosunun erməni xidmətinə aprelin 6-da verdiyi müsahibəsində ifadə etdiyi təxribatçı fikirləri ilə təşkilatının əsl niyyətini açıqlayıb.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, Avropa İttifaqının rəsmisi Ermənistana dair sualın cavabında ərazi bütövlüyü prinsipinin əhəmiyyətindən geniş danışıb və bununla da guya beynəlxalq hüquqa əhəmiyyət verdiklərini göstərməyə çalışıb. O, həmçinin etnik ermənilərin Azərbaycana qayıtmasına şərait yaradılması məsələsini də qaldırıb.

“Sadə sual meydana çıxır – görəsən Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanda Aİ harada idi? 8 Azərbaycan kəndinin Ermənistan tərəfindən işğalının davam etməsinə niyə hələ də susur? Nə üçün Aİ Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələsini qaldırmır?

Belə çıxır ki, Ermənistandan azərbaycanlıların qovulmasının üstündən müəyyən müddət keçdiyi üçün onların qayıdış hüquqları daha aktual deyil. Qərbi azərbaycanlıların 30 ildən artıq Vətən həsrətlərini onlara qarşı istifadə etmək ən böyük haqsızlıqdır.

Bütün bunlar Aİ-nin etnik və dini ayrı-seçkiliyini sübut edir. Aİ nə insan haqları, nə də beynəlxalq hüquqla bağlı səmimi deyil. Aİ-nin siyasəti Azərbaycandakı ermənilərin “hüququ” kimi köhnə alətdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı təhrik etməkdən ibarətdir.

Biz Aİ-nin təxribatçı yanaşmasını qəti şəkildə rədd edir və buna son qoyulmasını tələb edirik”, – deyə İcmanın bəyanatında vurğulanıb.

Həmçinin qeyd olunub ki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir.

Post navigation

Previous: Türkiyə XİN-də Türk Dövlətləri Təşkilatı Departamenti yaradılıb
Next: Şamaxıda 10 odlu silah polisə könüllü təhvil verilib

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.