Milyarder, “Tesla”nın baş direktoru İlon Mask şirkətinin çoxdan gözlənilən, tam avtomatlaşdırılmış taksi xidmətinin bu yay istifadəyə veriləcəyini açıqlayıb.
Azpost.info bildirir ki, Mask bu barədə X şəbəkəsində yazıb.
“Tesla robotaxisləri 8/8-də təqdim olunacaq” deyə Mask bildirib.
Mask beş il əvvəl də Kaliforniyanın Palo Alto şəhərində elektrikli avtomobil istehsalçısının baş qərargahında keçirilən Teslanın investorlar günündə robotaksislə bağlı oxşar vədlər vermişdi.
2019-cu ilin aprel ayında keçirilən bir tədbirdə Mask investorlara 2020-ci ildə Tesla-nın yollara robot-taksisləri buraxacağına əmin olduğunu demişdi.