“Krokus” da terror törədənlər koordinatorun adını çəkiblər

Rusiyada “Krokus Siti Hall” da terror aktı törətməkdə ittiham olunanlar koordinatorun adını çəkiblər.

Azpost.info RİA-ya istinadən bildirir ki, “Birinci kanal” həbs olunanların istintaq olunduğu kadrları yayımlayıb.

Onların sözlərinə görə, Moskva vilayətindəki Crocus City Hall konsert zalını hücum yerini və Ukrayna ilə sərhədə qaçış yolunu göstərən koordinatorun adı Sayfullo olub.

“Sayfullo bizə dedi ki, Ukraynaya, Kiyevə getmək lazımdır. Orada bizə bir milyon rubl verəcəklər”-deyə həbs olunanlar bildiriblər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.