“Maliyyə resurslarına qənaət etməliyik”- Tokayev "Astana" forumunu təxirə saldı

Qazaxıstan lideri Kasım-Jomart Tokayev iyunda baş tutmalı olan “Astana” beynəlxalq forumunu təxirə salıb.

Azpost.info xəbər verir ki, bu barədə “Tviter” səhifəsində (X) prezident bu qərarın görünməmiş daşqın səbəbindən verildiyini yazıb.

“Qazaxıstanda görünməmiş daşqın və genişmiqyaslı dağıntıların nəticələrini aradan qaldırmaq və ölkə vətəndaşlarına yardım göstərmək üçün maliyyə resurslarına qənaət etmək zərurəti ilə əlaqədar iyunun 13-14-də keçiriləcək “Astana” beynəlxalq forumunu təxirə salmaq qərarına gəldim”, – Tokayev qeyd edib.

Daha əvvəl Qazaxıstanın 10 regionunda irimiqyaslı daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib. Daşqınlarla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Silahlı Qüvvələrin və Milli Təhlükəsizlik Komitəsinin qüvvələri cəlb olunub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.