Aİ Ukraynaya qoşun göndərilməsini istisna edib

Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair saziş layihəsini razılaşdırıb. Bu sənəd Avropa hərbçilərinin Ukraynaya göndərilməsini istisna edir.

Azpost.info xəbər verir ki, bu barədə layihəni nəzərdən keçirən “Welt” yazır.

“Gələcəkdə Ukraynaya qarşı təcavüz olarsa, Avropa İttifaqı və Kiyev 24 saat ərzində ölkənin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etməsi ilə bağlı məsləhətləşmələr aparacaq”, – layihədə deyilir.

O da qeyd olunur ki, Aİ ölkələri Ukraynanın uzunmüddətli təhlükəsizliyini hərbi, mülki, humanitar, maliyyə, ticari və iqtisadi yardımlar vasitəsilə təmin etməyə sadiqdirlər. Bura digər məsələlərlə yanaşı, ukraynalı qaçqınların yerləşdirilməsi və müharibədən sonra ölkənin bərpasına köməklik də daxildir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.