Azərbaycanın COP29-u təşkil etməsi böyük uğur hekayəsidir- Türkiyə səfiri

“COP29 qlobal səviyyədə izlənilən bir tədbirdir, həmin tədbir zamanı müxtəlif məsələlər dünya ictimaiyyətinin diqqət mərkəzində olur”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı söyləyib.

Səfir xatırladıb ki, Azərbaycan buna qədər 4 il Qoşulmama Hərəkatına yüksək səviyyədə sədrlik edib. Həmçinin İslam Konfransı Təşkilatının bir çox Zirvə görüşlərinə və İslam Həmrəylik Oyunlarına da ev sahibliyi edib. O, Azərbaycanın bu il COP29-u təşkil etməsini böyük uğur hekayəsi adlandırıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.