“Z nəsli” gerçək həyatdan uzaqlaşır, onlayn dünyada yaşayır –Sorğunun nətcələri

ABŞ -da “Z nəslinə” məxsus amerikalıların təxminən yarısı onlayn və oflayn arasında “ikili həyat” yaşadıqlarını hiss edir.

Azpost.info-nun məlumatına görə, NYP yazır ki, 2000 amerikalı respondent arasında aparılan sorğu nəticəsində məlum olub ki, Z nəslinə aid respondentlərinin 46%-i bu ikili həyatı  hiss edir: Onların onlayn şəxsiyyəti real dünyada özlərini necə təqdim etdiklərindən çox fərqlidir.

Onlar tək deyillər: müxtəlif nəsillərə məxsus respondentlərin 27%-i bu hissi bölüşür. “Millenium nəsli”nin  38%-i, həmçinin “X nəsili”nin 18%-i və “Baby Boomerlər”in 8%-i bunu hiss edir.

Respondentlərdən onlayn şəxsiyyətlərini ailə üzvlərindən gizli saxlayıb-yaxmadıqlarını soruşulub: Respondentlərin beşdə biri təsdiqləyib.

Tədqiqat Lenovo şirkətinin adından OnePoll tərəfindən “Working for Humanity” layihəsi çərçivəsində aparılıb.

Bu layihədə Z nəslinə məxsus olanların onlayn şəxsiyyətləri 3D avatarları şəklində canlandırılıb. Avatarlar insana bənzəməklə yanaşı, həm də söhbətə real vaxt rejimində cavab verir, fərdi xüsusiyyətlər və emosiyalar əsasında öz tonunu, hərəkətlərini və üz ifadələrini tənzimləyirdilər.

Məqsəd Z nəslinin iştirakçıları, onların ailələri və avatarları arasında mənalı söhbətlərə imkan yaratmaq, üç iştirakçının hər birinin onlayn dünyası haqqında anlayışı dərinləşdirmək olub.

Sorğuda iştirak edən Z nəslinə məxsus respondentlərinin 53%-i özlərini onlayn ifadə etməyin oflayn rejimdən daha asan olduğunu deyib.

Respondentlərin yarısı (49%) etiraf edir ki, onlar bəzən onlayn və oflayn olanlar arasında əlaqənin kəsilməyini hiss edirlər – bu rəqəm Z nəslinin respondentləri arasında yenə ən yüksəkdir (68%).

Bu hissi yaşayanlar üçün yaşından asılı olmayaraq, narahatlıq (18%), tənhalıq (17%) və depressiya (15%) hisslərinə səbəb olur.

Respondentlərə internetdə nə paylaşdıqları da soruşulub. Təxminən beşdə biri öz ambisiyalarını (21%), qorxularını və ya etibarsızlıqlarını (17%) və  siyasi və ya başqa bir şəkildə inanclarını (hər biri 19%) onlayn formada bölüşməyin daha rahat olduğunu bildirib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.