Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirəcək.

Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Forum zamanı V.Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə ənənəvi görüş keçirəcək. Bu görüş, iyunun 5-də saat 14:00-da, yəni, forumun açılışından əvvəl olacaq”, – Y.Uşakov deyib.

Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin PBİF çərçivəsində informasiya agentliklərinin rəhbərləri ilə görüşünü ənənəvi olaraq TASS agentliyi təşkil edir(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.