Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak etməyəcək.
RİA Novosti xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.
“O getməyəcək. BMT müvafiq səviyyədə təmsil olunacaq”, – Düjarrik bildirib.
Qeyri-rəsmi məlumatlara görə, təşkilat sammitin yekun sənədini imzalamayacaq. BMT tədbirdə müşahidəçi qismində təmsil olunacaq.