Danimarka Baş naziri Mette Frederiksen küçədə hücuma məruz qalıb.
Azpost.info xəbər verir ki, bu barədə CNN Danimarka hökuməti başçısının ofisinə istinadən məlumat yayıb.
“Cümə günü axşam, iyunun 7-də Kopenhagenin Kultorvet meydanında bir adam baş nazir Mette Frederiksenə hücum edib. Həmin şəxs saxlanılıb”, – məlumatda deyilir.
Baş nazirin baş verənlərdən şoka düşdüyü bildirilir.
Hücum edənin adı və soyadı açıqlanmır, hadisənin motivləri də məlum deyil.
Azpost.info