Çin şirkətləri Rusiyaya Ukraynaya hücum üçün istifadə etdiyi İran “Şahed”inə bənzər PUA-lar hazırlayır.
Azpost.info xəbər verir ki, bu barədə məsələ ilə tanış olan avropalı rəsmilər “Bloomberg”ə bildiriblər.
Onların sözlərinə görə, hələ 2023-cü ildə Rusiya şirkətləri çinli tərəfdaşları ilə əməkdaşlıq haqqında danışıqlar aparıb və İranın kamikadze pilotsuz təyyarəsinin surətinin yaradılmasını təklif ediblər.
Mənbələr qeyd ediblər ki, hazırda dronlar Rusiyaya göndərilməzdən əvvəl sınaqdan keçirilir. Eyni zamanda, Çin pilotsuz təyyarələrinin Ukraynada hələ də istifadə olunmadığını dəqiqləşdiriblər.
“Bloomberg” mənbələri dronun adını müəyyən etməyiblər, lakin Çinin müdafiə saytları ölkənin xarici görünüşünə görə İranın “Şahed 136” PUA-sına bənzəyən “Sunflower 200” adlı kamikadze hücum dronu hazırlaması barədə məlumat yayıb.
Avropalı rəsmilər bildirirlər ki, Çin Ukraynaya zərbələr endirmək üçün Rusiyaya pilotsuz təyyarələr versə, “qırmızı xətti” keçəcək. Agentliyin mənbələrindən birinin məlumatına görə, Pekin hazırda Rusiyaya hazır dronların göndərilməsi, yoxsa dronların yığıla biləcəyi komponentlərin tədarükü barədə düşünür.
Azpost.info