Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

70 yaşında sağlam olmaq hansı qidaları yemək lazımdır?

User 14 Sentyabr 2025 - 16:43 (Last updated: 14 Sentyabr 2025 - 12:09)
Yemək

Yemək

30 illik araşdırma 70 yaşında sağlam olmaq üçün qəbul edilməli qidaları üzə çıxarıb.

“The İndependent” nəşri bildirir ki, bununla bağlı Harvard Universitetinin alimləri 100 min insanın məlumatlarını araşdırıblar.

30 illik araşdırmanın nəticələri 70 yaşında sağlam olmaq üçün necə qidalanmalı olduğunu göstərir. Məlumdur ki, fiziki fəaliyyət, siqaret və ictimai həyat kimi faktorlar, istehlak edilən qidalar xəstəliklərdən uzaq, sağlam həyat sürməkdə mühüm rol oynayır. 70 yaşına qədər orta yaşlı insanların istehlak etdiyi qidaları izləyən yeni bir araşdırma qidalanmanın nə qədər təsirli olduğunu ortaya çıxarıb.

106 min adamın 30 illik məlumatlarını əks etdirən tədqiqat 1986-cı ildə başlayıb və araşdırmada azı 39 yaşında olan insanlar iştirak ediblər. Hər 4 ildən bir iştirakçılar yemək vərdişləri ilə bağlı hərtərəfli sorğuya cavab veriblər. Harvard Universitetinin tədqiqatçıları yüksək qida dəyərinə malik 8 pəhriz üzrə iştirakçıların pəhrizlərini qiymətləndiriblər. 2016-cı ilə qədər iştirakçıların təxminən yarısının öldüyü və yalnız 9 faizinin sağlam qocaldığı qeyd edilib. Tədqiqatçılar xəstəlikləri olmayan, fiziki və koqnitiv sağlamlığı yaxşı olan, azı 70 yaşı olan insanları sağlam qocalmış hesab ediblər. Ümumiyyətlə, daha çox meyvə-tərəvəz, tam taxıl, doymamış yağlar, qoz-fındıq, paxlalılar və az yağlı süd məhsulları istehlak edənlərin daha yaxşı qocaldığı müşahidə edilib. Daha çox yağ, natrium, qırmızı və emal edilmiş ət istehlak edən insanların sağlam yaşlanma ehtimalı daha azdır. Tədqiqatçılar qeyd ediblər ki, sağlam qidalanan insanların yaşlandıqca yaxşı fiziki formada olma ehtimalı 43-84 faiz çoxdur.

Araşdırmanın aparıcı müəllifi An-Jüli Tesye nəticələri belə qiymətləndirir: “Bu, orta yaşda yediklərinizin yaşlanmağınızda nə qədər mühüm rol oynaya biləcəyini göstərir. Təhlillərdə fiziki aktivlik, siqaret və spirt aludəçiliyi, sosial-iqtisadi vəziyyət kimi amilləri də nəzərə almışıq. Fiziki fəaliyyət kimi sağlamlığa təsir edən bəzi digər amilləri nəzərə aldıqdan sonra belə, orta yaşda sağlam qidalanma vərdişləri ilə daha sonra sağlam həyat sürmək arasındakı əlaqənin gücü bizi təəccübləndirib. Digər tərəfdən, yeni tədqiqatın əksər qidalanma tədqiqatları kimi iştirakçıların öz hesabatlarına etibar etmək kimi məhdudiyyətləri də var. Yenə də nəticələr qidalanmanı sağlam qocalma ilə əlaqələndirən digər nəticələrlə üst-üstə düşür”.

Araşdırmada iştirak etməyən ABŞ-li professor Sean Morrison sağlam qocalmanın yolunu belə izah edir: “Uzun müddətdir ki, bildiyimiz kimi, sağlam qocalmanın əsası sağlam qidalanmaq, idman etmək, tütün məmulatlarından uzaq durmaq, günəş kremlərindən istifadə etmək, kifayət qədər yatmaq və ictimai fəaliyyətlərdə iştirak etməkdir”. (Azərtac)

AzPost.az

Post navigation

Previous: Elmi fantastika gerçəyə çevrilir: Artıq holoqramlara toxunmaq mümkün olacaq
Next: Ayaz Mütəllibovu prezident postuna qaytaran məşhur iclas –

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi

User 08 Noyabr 2026 - 13:56
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında...
Read more about Ərdoğan Azərbaycana səfərə gəldi
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.