Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Elmi fantastika gerçəyə çevrilir: Artıq holoqramlara toxunmaq mümkün olacaq

Orkhan Ali 14 Sentyabr 2025 - 16:24 (Last updated: 14 Sentyabr 2025 - 12:09)
Holoqrafik

Holoqrafik

Holoqrafik sistemlər uzun illərdir inkişaf etdirilir, lakin onların əksəriyyəti yalnız vizual təcrübələr təqdim edirdi. Yeni bir araşdırma isə virtual obyektlərə fiziki olaraq toxunma imkanı yaradan elastik və çevik diffuzor vasitəsilə toxunula bilən holoqramlar yaratmağa nail olub.
Qaynarinfo xəbər verir ki, elmi fantastika filmlərində gördüyümüz toxunula bilən holoqramlar artıq reallığa çevrilir. Yeni texnologiya istifadəçilərə virtual obyektlərlə fiziki təmas qurmağa imkan verir. Bu sistem havada hərəkət edən üçölçülü holoqramlara toxunmağı, onları hərəkət etdirməyi və manipulyasiya etməyi mümkün edir.
Yumuşaq və elastik yanaşma
“HAL” açıq arxivində dərc olunan yeni tədqiqatda alimlər elastik materiallar və sinxronizasiya olunmuş proyeksiya sistemlərindən istifadə edərək həcmi olan görüntülər yaradıblar. Beləliklə, obyektlər həm gerçək üçölçülü görünüş əldə edir, həm də toxunduqda zərər görmədən saxlanıla bilir. Bu texnologiyanın əsas üstünlüklərindən biri holoqramlara ilk dəfə təhlükəsiz şəkildə toxunma imkanı yaratmasıdır.
İndiyə qədər hazırlanmış bir çox holoqrafik sistem toxunulduqda qırıla bilən sərt komponentlərdən ibarət idi. Yeni metod isə müxtəlif dərinliklərdə minlərlə görüntü göstərərək sürətlə titrəyən elastik diffuzordan istifadə edir. Bu texnika həcmlilik və elastiklik hissi yaradaraq toxunula bilən holoqramların interaktivliyini gücləndirir.
Tədqiqat qrupu holoqramların toxunduqda belə formasını qoruyub saxlaması üçün elastik təbəqənin deformasiyasını tarazlayan xüsusi korreksiya sistemi hazırlayıb. Bu sayədə həm vizual, həm də fiziki olaraq gerçək obyektlər kimi reaksiya verən holoqramlar əldə edilib.
Araşdırmaçılar tərəfindən yayımlanan bir videoda istifadəçinin heç bir xüsusi avadanlıqdan istifadə etmədən holoqrafik obyektə toxunaraq onu manipulyasiya edə bildiyi göstərilir. Bu qarşılıqlı əlaqə toxunula bilən holoqramların nə qədər intuitiv işlədiyini nümayiş etdirir.
Potensial istifadə sahələri
Bu texnologiya hələlik prototip mərhələsində olsa da, təhsildən muzeyçiliyə qədər bir çox sahədə inqilab yarada biləcək potensiala malikdir. Məsələn:
* Təhsil mühitlərində tələbələr virtual obyektlərlə fiziki qarşılıqlı əlaqəyə girərək daha interaktiv öyrənmə təcrübəsi yaşaya bilərlər;
* Muzeylər ziyarətçilərə eksponatları virtual şəkildə kəşf etmək və toxunaraq incələmək imkanı təqdim edə bilər;
* Biznes sahəsində komandalar real vaxtda paylaşılan 3D modellərlə fiziki qarşılıqlı əlaqəyə girərək əməkdaşlıq edə bilər.
Tədqiqat qrupu bu innovativ texnologiyanı Yaponiyada keçiriləcək “CHI” konfransında təqdim etməyi planlaşdırır. Artıq kommersiya tətbiqləri üçün böyük maraq doğuran sistem, gələcəkdə virtual və fiziki dünyaları birləşdirən mühüm bir yenilik kimi qiymətləndirilir.

AzPost.az

Post navigation

Previous: Neytron ulduzlarının birləşməsinin sirləri üzə çıxdı
Next: 70 yaşında sağlam olmaq hansı qidaları yemək lazımdır?

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham muraciet
  • Baş Yazı

Prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqı təbrik etdi – TAM MƏTN

User 08 Noyabr 2026 - 12:31
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində...
Read more about Prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqı təbrik etdi – TAM MƏTN
“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.