NATO ölkələri ABŞ prezidenti Co Baydenin noyabrda yenidən seçiləcəyi təqdirdə ölkəni idarə edə biləcəyinə şübhə edir.
Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” adı açıqlanmayan rəsmilərə istinadən yazıb.
Onların fikrincə, Qərb liderləri Baydenin 13-15 iyun tarixlərində İtaliyada keçirilən G7 sammitində necə yaşlı göründüyündən heyrətə gəliblər.
Bir sıra rəsmilərin sözlərinə görə, görüş iştirakçıları ABŞ liderini yorğun, zəif hesab ediblər. Eyni zamanda, onlar etiraf etdilər ki, hələ ki Bayden ABŞ administrasiyasının rəhbəri vəzifəsini icra edə bilər.
Nəşrin məlumatına görə, iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Baydenin davranışı yaxından izləniləcək. Qəzet qeyd edib ki, sammitin ilk günündə o, NATO-nun qüdrətini dirçəltmək haqqında ehtirasla danışarkən sağlamlıqla bağlı narahatlığı aradan qaldırmağa çalışıb. Bununla belə, ABŞ Demokrat Partiyasının adlarını açıqlamayan üzvlərinin fikrincə, siyasətçi Alyans liderlərinin Vaşinqtonda keçirilən görüşünün son günündə mətbuat konfransında “axsayarsa”, onun vəziyyəti ilə bağlı təəssürat yenə də dəyişə bilər.
Azpost.info