Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Bakıda COP29 çərçivəsində Parlament iclası keçiriləcək

Orkhan Ali 11 İyul 2024 - 20:02 (Last updated: 21 May 2025 - 20:15)
17207132594722016075_1200x630

İyulun 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BRICS ölkələrinin X Parlament Forumunun plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forumda çıxış edərək, parlament platformasında əməkdaşlığın əhəmiyyəti, həmçinin BRICS-ə üzv ölkələr arasında əməkdaşlıq məsələləri barədə fikirlərini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edərək, Parlament Forumunun dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu söyləyib.

O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Keçmiş məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına geri qayıdırlar. Hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər.

“Təəssüflər olsun ki, həqiqi sülhün mümkünlüyü artdıqca, biz selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi oluruq”, – deyən S.Qafarova qeyd edib ki, bizim regionumuzda bu yanaşma Fransa tərəfindən aşkar şəkildə tətbiq olunur. O vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır. Lakin Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını qətiyyətlə qalır.

Milli Məclisin sədri deyib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir. Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Onun sözlərinə görə, bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib. Diqqətə çatdırılıb ki, bu kontekstdə əməkdaşlığın gücləndirilməsi ortaq məqsədlərimizə xidmət edəcək.

Sahibə Qafarova BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında məlumat verib. Spiker deyib ki, ölkəmizin bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli səviyyədə deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisidir.

Parlamentləri iqlim böhranının həlli yollarının tapılmasında fəal olmağa səsləyən Milli Məclisin sədri iştirakçıları Azərbaycan Respublikasının Milli Məclisinin Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində keçiriləcək Parlament iclası barədə məlumatlandırıb. O vurğulayıb ki, bu görüş parlamentarilər üçün fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılması üçün əlverişli fürsət olacaq, həmçinin bu sahədə çoxtərəfli fəaliyyətin həyata keçirilməsinə parlament töhfəsini verəcək. Sahibə Qafarova tədbir iştirakçılarını Parlament iclasına dəvət edib.

Qeyd edək ki, tədbiri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko açıb. O, tədbir iştirakçılarını salamlayaraq, konfransın əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə fikirlərini bildirib.

Plenar sessiyada çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. O, ölkəmizin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə uğurlu sədrliyini təqdir edib.

Tədbirdə, həmçinin təşkilata üzv ölkələrin parlament sədrləri də çıxış ediblər.

Post navigation

Previous: ABŞ Konqresinin Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI” aktını qəbul edib
Next: Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuat üçün bəyanat verib – TAM MƏTN /YENİLƏNİB

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi və daşınmaz...
Read more about İpoteka Fondunda ekspertlərlə görüş keçirilib
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.