Cənubi Qafqazda əməkdaşlıq platformasının “3+3” formatında (Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, İran, Rusiya) növbəti iclası yaxın vaxtlarda Türkiyədə keçiriləcək.
Azpost.info xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.
Ermənistanla Azərbaycan arasındakı münasibətlərə gəlincə, səfir deyib ki, Tehranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi kifayət qədər aydındır: “Biz Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik, həmçinin beynəlxalq sərhədlərin dəyişdirilməsinin və regionda istənilən geosiyasi dəyişikliyin əleyhinəyik”.
Azpost.info