“Qarabağ” dünya çempionu olmuş futbolçunu transfer edib

“Qarabağ” komandası növbəti transferini reallaşdırıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən bildiriblər ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk heyətə cəlb edilib. 24 yaşlı hücuma meyilli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Şaxtyor”un (Donetsk) yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü illər mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.