“Qarabağ”ın müdafiəçisi Azərbaycan millisinin heyətindən çıxarılıb

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan seçməsi UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 8-də Koşitsedə Slovakiya yığması ilə qarşılaşacaq.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.